AZ

Paşinyan: Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub

"Bu gün Ermənistan heç vaxt olmadığı qədər müstəqildir, heç vaxt olmadığı qədər suverendir, heç vaxt olmadığı qədər dövlətdir və heç vaxt olmadığı qədər təhlükəsizlikdədir".

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və bu gün qarşıda duran vəzifə təkcə indiki məqamda deyil, yüz il üçün təhlükəsizliyi təmin edəcək qərarlar qəbul etməkdir.

"Hətta 50 ildir mövcud olan sülhün belə institutlaşdırılmasına ehtiyac yaranır. Bu gün bizi satqın hesab edə bilərlər, lakin bizim fəaliyyətimiz nəticəsində Ermənistan 100, 150 ildən sonra dövlətçiliyini qoruyub saxlayacaq", - N.Paşinyan vurğulayıb.

Seçilən
36
8
xezerxeber.az

10Mənbələr