AZ

Fevralda istehsal olunan Çin maşını 7500 “probeq”dən sonra xarab oldu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Sürücü 5 ay əvvəl aldığı “Changan Uni-Z” avtomobili ilə bağlı yaranan problemin görüntülərini sosial şəbəkədə paylaşıb.

Onun sözlərinə görə, cəmi 7500 km məsafə qət edən avtomobildə bir sıra texniki nasazlıqlar üzə çıxıb.

Avtosfer.az xəbər verir ki, sürücünün iddiasına görə, avtomobilin xətt tanıma sistemi işləmir, sükan (rulavoy) işığı daim yanılı vəziyyətdə qalır. Halbuki avtomobilin bir ili tamam olmayıb. İstifadəçi qeyd edir ki, belə yeni maşında bu qədər tez nasazlıqların ortaya çıxması qəbuledilməzdir və istehsal keyfiyyətinə şübhə yaradır.

Qeyd edək ki, son dövrlər bazarda yeni alınan bəzi avtomobillərdə oxşar problemlərlə bağlı şikayətlər artmaqdadır. Mütəxəssislər hesab edirlər ki, bu kimi hallarda sürücülər dərhal rəsmi servis mərkəzinə müraciət etməli, nasazlığın səbəbləri araşdırılmalıdır.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
avtosfer.az

1Mənbələr