AZ

Heydər Əliyev adına Neft Emalı Zavoduna əsaslı vəsait qoyuluşu 69 faiz artıb

BAKI, 15 sentyabr. TELEQRAF

2024-cü ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda 957 milyon 960,9 min manatlıq əsaslı vəsait qoyulub.

Teleqraf Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ildə 565 milyon 370,6 min manat olub.

Nəticədə sözügedən zavod üzrə kapital qoyuluşlarında 69,4 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ildə SOCAR üzrə faktiki kapital (əsaslı vəsait) qoyuluşları 1 milyard 989 milyon 288,1 min manat, o cümlədən qazma üzrə 206 milyon 882,9 min manat, tikinti üzrə 1 milyard 531 milyon 483,4 min manat, quraşdırılması tələb olunmayan avadanlıqlar üzrə 95 milyon 265,4 min manat, geoloji axtarış işləri üzrə 142 milyon 479,9 manat olub.

Seçilən
9
teleqraf.com

1Mənbələr