AZ

Füzuli və Xocavənd rayonları ərazisinə təşkil olunmuş media tur başa çatıb (FOTO)

Füzuli. Trend:

Füzuli və Xocavənd rayonları ərazisinə təşkil olunmuş“Prezidentin izi ilə” ənənəvi media tur başa çatıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, medianümayəndələri son olaraq Qırmızı Bazar qəsəbəsində olublar.

Jurnalistlərə məlumat verilib ki, Qarabağ bölgəsinin məşhuryaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyəmalik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizinantiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezianquyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda QırmızıBazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsalemalatxanası fəaliyyət göstərir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti vəİdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi jurnalistlərəmüsahibəsində bildirib ki, qəsəbədə 300 fərdi ev mövcuddur ki,onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217,2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq”

Qeyd edək ki, hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Füzuli
Məqalədə:
Seçilən
18
49
az.trend.az

10Mənbələr