Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qərb liderlərinin qorxaq və riyakar reaksiyası Ukraynada işğal və saysız-hesabsız hərbi cinayətlər törətmiş Kremli daha da cəsarətləndirir.
Məlum olduğu kimi, Rusiyanın PUA hücumuna məruz qalan Polşanın Xarici İşlər naziri Radoslav Sikorski az öncə NATO-nun Ukrayna üzərində hava hədəflərinin vurulması imkanlarının nəzərdən keçirilməsinin vacibliyini qeyd edib. Bu, NATO-nun Ukraynanın hava məkanını nəzarətə götürməsi anlamına gəlir.
“AzPolitika” xəbər verir ki, Kreml Sikorskinin təklifinə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev vasitəsilə cavab verib.
Sosial şəbəkə səhifəsində paylaşım edən Medvedev yazıb ki, NATO ölkələrinin təşəbbüsü ilə Ukrayna üzərində uçuşa qadağa zonasının tətbiqi alyansla Moskva arasında hərbi toqquşmaya səbəb olacaq: “Ukrayna üzərində uçuşa qadağan zonası yaratmaq kimi təxribatçı ideyanın həyata keçirilməsi və NATO ölkələrinin bizim PUA-ları vura bilməsi yalnız bir şey demək olacaq – NATO ilə Rusiya arasında müharibə”.
Onun fikrincə, “hər şey öz adı ilə çağırılmalıdır”.
Qeyd edək ki, Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılması ideyası Rusiya-Ukrayna müharibəsi başlayandan müzakirə edilir. Kiyev dəfələrlə müttəfiqlərindən bunu xahiş etsə də, buna məhəl qoyulmayıb. Lakin 2025-ci il sentyabrın 10-na keçən gecə Rusiya PUA-ları kütləvi şəkildə Polşa ərazisinə soxulandan sonra rəsmi Varşava bu məsələni gündəmə gətirib.
Medvedevin bəyanatından isə belə məlum olur ki, Rusiya Ukraynanı heç bir qadağasız, cəzasız şəkildə bombalamalı, eləcə də NATO ölkələri ərazisinə soxulmalıdır və heç kim buna qarşı gedə bilməz...
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.