AZ

Kadırov haqqında: Aparatla gəzir, idarəetmədən uzaqlaşıb VİDEO

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti xeyli pisləşib və artıq onun respublikanı idarə etməsinə imkan vermir. İdarəetmənin əsas funksiyalarını Çeçenistan hökumətinin başçısı Maqomed Daudov öz üzərinə götürüb, güc strukturları isə Kadırovun oğlu Adamın nəzarətində cəmləşib.

Ölkə.az xəbər verir ki, rusiyalı jurnalist İrina Mişina Kadırovun səhhətində ciddi problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, avqust və sentyabrda yayımlanan süjetlərdə Kadırovun nəzərəçarpacaq dərəcədə arıqlaması, yavaş və ehtiyatla hərəkət etməsi diqqətdən yayınmayıb. Operatorlar da bu məqamları gizlətmək üçün çəkilişləri qısa və uzaq kadrlarla təqdim ediblər.

Qroznıdakı mənbələrə istinadən Mişina qeyd edib ki, Kadırovun böyrəklərində ciddi problemlər var və ona nefrostomiya – sidik axıdılması üçün xüsusi drenaj sistemi qoyulub. Bu tibbi müdaxilə xəstəyə uzun müddət yaşamağa imkan versə də, fiziki məhdudiyyət və xüsusi həyat tərzi tələb edir.

Beləliklə, Kadırov faktiki olaraq idarəçilikdən geri çəkilib, əsas yük isə Daudov və oğlu Adamın üzərinə düşüb.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
olke.az

2Mənbələr