AZ

"Mən səni sevirəm" deyir, ertəsi gün isə "Səndən nifrət edirəm..."

Milyarder İlon Mask kanadalı müğənni Qrayms (Klare Bouçer) ilə münasibətindən danışıb.

Milli.Az xəbər verir ki, 54 yaşlı Mask Kanye Uest haqqında çəkilən sənədli filmdə iştirak edib və burada Qraymsla olan münasibətinə toxunub. Tanıtım videosunda o, müğənni ilə münasibətlərini belə təsvir edib:

"Klare bir gün 'Mən səni sevirəm' deyir, ertəsi gün isə 'Səndən nifrət edirəm' söyləyir. Onu anlamaq çox çətindir".

Kadrlarda Kanye Uest də Mask və Qrayms münasibətləri barədə danışaraq, dostuna dəstək ola bilmədiyini etiraf edib:

"Mənim bu məsələyə cavabım yoxdur. Başqa hər şeyin cavabı var, amma buna yox".

Xatırladaq ki, Elon Mask və Qrayms 2018-ci ildə münasibətə başlayıb və 2022-ci ildə ayrılıblar. Onların ilk övladı X Æ A-Xii 2020-ci ilin mayında, qızları Eksa Dark Sideræl isə 2021-ci ilin dekabrında surroqat ana vasitəsilə dünyaya gəlib. Cütlüyün üçüncü övladı Meçanikus isə ayrılıqdan sonra doğulub.

Qeyd edək ki, Qrayms daha əvvəl Maskı uşaqlarını ondan uzaqlaşdırmaqda ittiham etmişdi. 2024-cü ilin noyabrında müğənni sosial mediada paylaşaraq, beş ay ərzində övladlarından birini görə bilmədiyini açıqlamış və "Mən onun resurslarına qarşı mübarizə aparıram, amma bu müddətdə körpələrimdən birini görməmişəm" sözlərini yazmışdı.

Hüseyn
Milli.Az

Seçilən
71
1
milli.az

2Mənbələr