AZ

Messinin fotosu olan kart 1,5 milyon dollara satılıb

Argentinalı hücumçu Lionel Messinin 2004/05 mövsümündə Panini tərəfindən buraxılmış ticarət kartı Fanatics Collect tərəfindən onlayn hərracda rekord məbləğə - 1,5 milyon dollara satılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Əvvəllər rekord braziliyalı hücumçu Pelenin yer aldığı ticarət kartına aid idi. Bu kart 2022-ci ildə 1,33 milyon dollara satılıb.

Kartda Messi 2004/05 mövsümündə 17 yaşında debüt etdiyi İspaniyanın "Barselona" klubunun forması ilə təsvir olunub. Argentinalı bu komandada 17 mövsüm keçirib və 35 kubok qazanıb, o cümlədən on dəfə ölkə çempionatının qalibi, həmçinin Çempionlar Liqasının dördqat qalibi olub.

Seçilən
12
ikisahil.az

1Mənbələr