AZ

Düyünün adına görə Avropa İttifaqı ilə Hindistan arasında razılaşma pozula bilər

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı (Aİ) və Hindistan arasında azad ticarət sazişi Yeni Dehlinin öz düyülərini "basmati" kimi etiketləmək üçün müstəsna hüquqlar əldə etmək istəyi səbəbindən pozula bilər. Bu isə Brüssel və İslamabad arasında gərginliyə səbəb ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan Avropa rəsmisinin sözlərinə görə, Hindistan Aİ ilə danışıqlar zamanı eksklüziv olaraq Hindistan ərazisində yetişdirilən düyünü təyin etmək üçün "basmati" etiketindən istifadə edilməsində israr edib. Aİ, öz növbəsində, vaxt uzatmağa çalışır, çünki bu addım icma ilə Pakistan arasında münasibətləri pozacaq.

Qeyd olunur ki, Hindistan 2018-ci ildə Aİ bazarında "basmati" adının eksklüziv istifadəsi üçün müraciət edib. Pakistan isə 2023-cü ildə analoji müraciətlə çıxış edib. Müraciətdə bildirilib ki, basmati düyüsü İslamabadın nəzarətində olan dörd rayon da daxil olmaqla yalnız müəyyən ərazilərdə yetişdirilib. Hazırda Brüsseldə hər iki ölkənin müraciətlərinə baxılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
oxu.az

1Mənbələr