AZ

“Əslində, Rusiya bu müharibəni uduzur” “Putin qalib gəlsəydi, indi Kiyevdə olardı və...”

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevdə keçirilən konfransda maraqlı fikirlər səsləndirib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Kelloq Rusiyanın faktiki olaraq döyüş meydanında qalib gələ bilmədiyini deyib.

Kelloq qeyd edib ki, Tramp ona Putinlə görüş ərəfəsində Rusiyanın qalib gəlib-gəlmədiyi barədə sual verib: "Rusiya qalib gəlirmi? Bu çox gözəl sualdır, çünki Prezident Tramp təxminən altı həftə əvvəl Oval kabinetdə mənə bu sualı verdi. Eyni sual. Mən də dedim ki, "Cənab prezident, məni dinləməyin. Sizin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn çöldə gözləyir. O, maşının yanında dayanıb. Onu içəri dəvət edin, bu barədə ondan soruşun. O, sizin baş hərbi müşavirinizdir”.

Kelloq qeyd edib ki, həm o, həm də Keyn Trampa eyni şeyi deyib - Rusiyanın qələbəsindən söhbət belə getmir.

O vurğulayıb ki, Putin qalib gəlsəydi, indi Kiyevdə olardı və hökuməti dəyişərdi: "Den da eyni şeyi dedi. Onlar (ruslar) qalib gəlirlər? Xeyr. Onlar qalib gəlmir. Putin istədiyi qədər deyə bilər ki, qalib gəlir. Putin qalib gəlsəydi, Kiyevdə, Dneprdən qərbdə, Odessada olardı və hakimiyyəti dəyişərdi. Reallıqda Rusiya bu müharibəni uduzur".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
3
azpolitika.info

5Mənbələr