AZ

SANCAR SİDA atış sınağında hədəfləri dəqiqliklə vurdu

Türkiyənin HAVELSAN şirkəti və “Yonca” tərsanəsi tərəfindən birgə hazırlanan SANCAR silahlı insansız dəniz aparatının (SİDA) atış sınağı həyata keçirilib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, ADVENT döyüş idarəetmə sistemindən istifadə edən SANCAR, 12.7 millimetrlik stabilizə silah sistemi ilə hədəfləri dəqiq şəkildə vurmağı bacarıb.

Xatırladaq ki, SANCAR silahlı insansız dəniz aparatının ilk sınaqları 2022-ci ilin sentyabr ayında yerinə yetirilib.

Seçilən
9
1
poliqon.az

2Mənbələr