AZ

“Ərimi Nigar Camala qısqanmıram” - FOTO

 "Nigar Camal çox gözəl xanım və pozitiv insandır. Səhnədə gördükləriniz bir şoudur”.
 
Moderator.az Musavat.com-a istinadən xəbər veri ki, bu sözləri müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva sosial şəbəkədə paylaşıb. O, yazılan şərhlərə cavab olaraq həyat yoldaşını müğənni Nigar Camala qısqanmadığını açıqlayıb:
 
 “İki həmkarın səhnədə Tanrı tərəfindən birləşən enerjisidir. Burada qısqanılası heç bir şey yoxdur. Hər kəsin öz baxış bucağı var. Səhnə ilə həyatı qarışdırmayın.
 
Heç kimin ağlına belə gəlməzdi ki, bu mahnı Nigar Camalın əyninə bu qədər oturacaq. Təsadüfi heç nə yoxdur. Demək, “Matanı” mahnısı çıxmalı idi və Matanı Nigar Camal olmalı idi. Tanrı bu səhnəni belə yazıbsa, bizə də alqışlamaq düşər”.
 
Qeyd edək ki, Avroviziya qalibi Nigarın “Afaqla 10lar” verilişində Samir Piriyevin “Matanı” ifasına rəqs etdiyi anlar sosial şəbəkələrdə viral olmuşdu.
Seçilən
33
6
moderator.az

10Mənbələr