AZ

Deputat: Məhkumlar da icbari tibbi xidmətdən yararlanacaq

BAKI, 15 sentyabr. TELEQRAF

"Pentensiar xidmət üzrə müəssisədə bütün sahələr üzrə həkimlər ola bilməz. Eyni zamanda orada bütün növ tibbi avadanlıqların olması da qeyri mümkündür".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, artıq məhkumlar da icbari tibbi xidmətdən yararlanacaqlar: “Əvvəllər onlara bu sahədə yardım olanda yaxınları bunu qarşılayırdı. İndi isə qaydalar dəyişir. Artıq tibbi sığorta ilə digər vətəndaşlar kimi, Penitensiar xidmətin müəssisəsində cəza çəkən şəxslər də bundan yararlanacaqlar”.

Seçilən
37
teleqraf.com

1Mənbələr