"Aşkarladığımız keramika parçaları isə göstərir ki, məntəqənin tarixi daha qədimə – eramızdan əvvəl 6000-ci illərə, yəni Neolit dövrünə aiddir. Bu hələ məntəqənin səthi üzərində apardığımız qazıntıların nəticəsidir. Daha dərinə ensək, yəqin ki, lap qədim tapıntılar üzə çıxaracağıq",– Restelli söyləyib.
![]() |
Türkiyədə 9 min illik abidələr tapılıb |FOTOLAR |
Xanım arxeoloq diqqətə çatdırıb ki, oxşar keramika nümunələri indiyədək İraqın və Suriyanın şimalında da tapılıb.
"Bu keramika parçalarının Anadoluda da aşkarlanması mühüm hadisədir. Belə bir fakt göstərir ki, Neolit dövründə sözügedən ərazilər arasında geniş ictimai-mədəni əlaqələr mövcud idi",– o vurğulayıb.


Firudin Həmidli
AzVision.az