AZ

Türkiyədə 8 min illik keramika parçaları tapılıb | FOTOLAR

Arxeoloji ekspedisiyanın rəhbəri professor Françeska Balossi Restelli Türkiyə mətbuatınaaçıqlamasındadiqqətə çatdırıb ki, "Arslantəpə"də qazıntı işləri bu ilin iyulunda başlayıb. Onun sözlərinə görə, son günlərədək həyata keçirilmiş tədqiqatlarda yaşayış məntəqəsinin tarixinin eramızdan əvvəl 4700-cü illərə gedib çıxdığı düşünülürdü.

"Aşkarladığımız keramika parçaları isə göstərir ki, məntəqənin tarixi daha qədimə – eramızdan əvvəl 6000-ci illərə, yəni Neolit dövrünə aiddir. Bu hələ məntəqənin səthi üzərində apardığımız qazıntıların nəticəsidir. Daha dərinə ensək, yəqin ki, lap qədim tapıntılar üzə çıxaracağıq",– Restelli söyləyib.
Türkiyədə 9 min illik abidələr tapılıb |FOTOLAR

Xanım arxeoloq diqqətə çatdırıb ki, oxşar keramika nümunələri indiyədək İraqın və Suriyanın şimalında da tapılıb.

"Bu keramika parçalarının Anadoluda da aşkarlanması mühüm hadisədir. Belə bir fakt göstərir ki, Neolit dövründə sözügedən ərazilər arasında geniş ictimai-mədəni əlaqələr mövcud idi",– o vurğulayıb.


Firudin Həmidli
AzVision.az
Seçilən
27
2
azvision.az

3Mənbələr