Bəli, reklam da lazımdır. Amma hansısa xəstənin üzərindən xal yığmaqla yox! Bu, nəinki etikaya sığmır, şəxsi məlumatların qorunması baxımından da yolverilməzdir. Əgər insanlar xəstəliklə mübarizə aparırlarsa, onların pis vəziyyətini hər kəsə göstərmək, əksinə, sağalma proseslərinə və cəmiyyətə qayıdışlarına mane ola bilər. Tutaq ki, narkomaniyadan əziyyət çəkən birinin düşdüyü vəziyyəti yalnız ətrafındakılar bilirdisə, indi onu çəkib milyonlarla insanın qarşısında nümayiş etdirirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta