AZ

Hörüklərlə enerji yığmaq: Ruhani gücün sirli yolu

Qədim Türk soylu qadınlar üçün saç, sadəcə bəzək deyildi, ruhun güzgüsü idi. Onlar saçlarını hörərkən yalnız gözəlliyi deyil, ruhlarını da qoruyar, enerjilərini bir yerə toplayardılar. Saç hörmək onlar üçün tilsim idi; hər tel bir xatirəni, hər düyün bir niyyəti, bir duanı daşıyırdı.

Yenisabah.az xəbər verir ki, pis enerjidən, nəzərdən qorunmaq üçün qadınlar saçlarını xüsusi texnikalarla hörər, hörərkən dualar pıçıldayardılar. Çünki inanardılar ki, saç üzərindəki enerji ruhun tarazlığını saxlayır. Saçları açıq buraxmaq isə enerjini küləklərə sərbəst buraxmaq, ruhu zəiflətmək demək idi.

Şamanizmdə saçın mənası Pepperoni pizza

1. Ruh və gücün daşıyıcısı – Şaman inanclarına görə saç, insanın həyat enerjisini, gücünü və hafizəsini saxlayır. Saçdan bir parça götürmək, insanın enerjisinə təsir etmək deməkdir. Ona görə də saç çox müqəddəs hesab olunurdu.

2. Kosmik bağ – Uzun saç göylə (Tanrı ilə) insan arasında bir körpü idi. Şamanlar ritual zamanı saçlarını açaraq kainatla birbaşa əlaqəyə girərdilər.

3. Hörmək – Hörülmüş saç enerjini toplamaq, qorumaq və dağılmamasını təmin etmək demək idi. Saç açıq qalanda enerji sərbəst axır, hörüləndə isə toplanır və sahibinə güc verir.

Qədim türk toplumunda saç

1. Kimlik və status – Saçın forması, hörülməsi, uzunluğu insanın kimliyini, qəbiləsini və sosial statusunu göstərirdi.

2. Qadın enerjisi və məhsuldarlıq – Qadınların uzun hörükləri həm dişil gücün, həm də məhsuldarlığın simvolu idi. Toy mərasimlərində gəlinin saç hörməsi xüsusi ritual sayılırdı – yeni həyata qədəm qoymağın işarəsi.

3. Qoruyucu güc – Uşaqların saçının hörülməsi onları nəzərdən və pis ruhlardan qorumaq üçün edilirdi.

4. Matəm və kədər – Saç kəsmək böyük itkilər zamanı edilən ayin idi. Bu, həm kədəri ifadə etmək, həm də köhnə enerjini buraxmaq rəmzi idi.

Ruhani məna

Saç hörmək – Enerjini toplamaq, qorumaq, diqqəti bir yerə yönəltmək.

Saç açmaq – Azadlıq, təbiilik, kainata təslim olmaq.

Saç kəsmək – Keçmişdən azad olmaq, yeni başlanğıca keçmək.

Əslində, bu gün də qadınların saç hörməsi içində qədimdən gələn o qorunma və enerjini toplama kodu qalmaqdadır. Ona görə hörüklər sadəcə bəzək deyil, həm də ruhi bir niyyət daşıyır.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
31
yenisabah.az

1Mənbələr