AZ

Premyer Liqada IV turu neçə azarkeş izlədi?

Misli Premyer Liqasının IV turunda baş tutan oyunlarda azarkeş sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən çox tamaşaçı toplayan qarşılaşması “Şamaxı” – “Karvan Yevlax” oyunudur. Şamaxıda baş tutan matçı 1500 azarkeş tribunadan seyr edib.

Qubada keçirilən “İmişli” – “Sumqayıt” görüşünə isə maraq çox az olub. Oyunu tribunalardan cəmi 100 nəfər izləyib.

Digər oyunlarda azarkeş sayı aşağıdakı kimidir:

Qarabağ – Zirə: 1400 nəfər

Neftçi – Sabah: 1300 nəfər

Turan Tovuz – Qəbələ: 1200 nəfər

Kəpəz – Araz Naxçıvan: 200 nəfər

 

 

 

Seçilən
19
1
idmanxeber.az

2Mənbələr