AZ

Azərbaycanda səhiyyə xidmətləri üçün yeni dövlət standartı qəbul edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO7101:2025 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyətəşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” dövlətstandartı qəbul edilib.

Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, sözügedən dövlət standartı pasiyentlərin və tibbişçilərinin təhlükəsizliyi və rifahının təmin edilməsinə, həmçininsəhiyyə müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasına şəraityaradacaq.

Məlumata əsasən, yeni dövlət standartı səhiyyə müəssisələrindətibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəriməmnuniyyətinin təmin olunması və idarəetmə proseslərininsəmərəliliyinin artırılması məqsədilə keyfiyyətin idarə olunmasısistemlərinə dair tələblər və meyarları müəyyən edir.

Qeyd edək ki, sözügedən dövlət standartının layihəsi “KeyfiyyətAssosiyasiyası” İctimai Birliyi tərəfindən ISO 7101:2023 “Səhiyyətəşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyətiidarəetmə sistemləri – Tələblər” (Healthcare organizationmanagement – Management systems for quality in healthcareorganizations – Requirements) beynəlxalq standartı əsasındahazırlanıb və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ(TƏBİB) ilə razılaşdırılıb. Nəticədə, “Uyğunluğunqiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə(AZSTAND/TK 08) müvafiq qaydada təsdiq edilərək Standartlaşdırmaüzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
21
az.trend.az

1Mənbələr