Ajans.az xəbər verir ki,bu barədə məlumatı Rusiya İstintaq Komitəsi yayıb. Açıqlamaya görə, cinayət sxeminin başlıca benefisiarı mikromaliyyə təşkilatlarının böyük beynəlxalq holdinqi ilə əlaqəli olan Latviya vətəndaşıdır. Hazırda o, beynəlxalq axtarışa verilib. İstintaqın məlumatına əsasən, bu sxemdə iştirak edən beş nəfər saxlanılıb, daha bir nəfərin isə axtarışı elan olunub. Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi açılıb: - "Qanunsuz maliyyə əməliyyatları"
- "Terror fəaliyyətinə yardım və maliyyələşdirmə"
İlkin istintaq tədbirləri nəticəsində həmin şəxslərin Rusiya ərazisində maliyyə sxemləri vasitəsilə əldə edilmiş vəsaiti müxtəlif vasitələrlə Ukrayna Silahlı Qüvvələrinə yönəltdikləri müəyyən edilib. Bu məqsədlə onlar kriptovalyuta birjalarından, mikromaliyyə institutlarından və kölgə maliyyə kanallarından istifadə ediblər. İstintaq Komitəsi bildirib ki, iş üzrə beynəlxalq əlaqələr və vəsaitin konkret təyinatı da daxil olmaqla genişmiqyaslı araşdırmalar davam etdirilir. FSB və digər hüquq-mühafizə orqanları maliyyə cərəyanlarının izini sürməkdədir. Bu cür hallar, Moskvanın iddiasına görə, xarici strukturların Rusiya ərazisində təxribat xarakterli fəaliyyətlərə maddi dəstək verdiyinə dair sübut kimi təqdim olunur.