AZ

Avropa İttifaqının Rusiyadan qaz idxalı 5% artıb

Avropa İttifaqı (Aİ) 2025-ci ilin yanvar–iyul aylarında Rusiyadan təxminən 8,4 mlrd. avro dəyərində təbii qaz alıb ki, bu da illik müqayisədə 5,2% artım deməkdir.

Bu barədə “APA-Economics” Avropa İttifaqının statistika idarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir.

Məlumata əsasən, göstərilən məbləğin 3 mlrd avrodan çoxu boru kəməri ilə nəql olunan qazın, 5 mlrd. avrodan bir qədər artığı isə mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.

Qeyd edək ki, “Türk axını” qaz kəməri hazırda Rusiya boru kəməri qazının Avropaya nəqli üçün yeganə aktiv marşrut olaraq qalır.

Seçilən
32
4
apa.az

5Mənbələr