AZ

Alimlər beyin qocalmasına qarşı ən yaxşı pəhrizi müəyyən edib

Bakı. Trend:

Ben-Qurion, Harvard və Leypsiq universitetlərindən olan alimlərmüəyyən ediblər ki, yaşıl çayla müşayiət olunan, xüsusi bir Aralıqdənizi pəhrizi beyin qocalma proseslərini ləngitməyə köməkedir.

Trend xəbər verirki, bu haqda elmi tədqiqatın nəticələri “Clinical Nutrition” elmidərgisində dərc olunub.

18 ay davam edən eksperimentdə təxminən 300 nəfər iştirak edib.Onlar üç qidalanma sxemindən birinə riayət ediblər: standart sağlamqidalanma, klassik Aralıq dənizi pəhrizi və ya onun “yaşıl”variantı.

Aralıq dənizi pəhrizi Yunanıstan, İtaliya, İspaniya və digərAralıq dənizi ölkələrinin sahilyanı bölgələrinin ənənəvi qidavərdişlərinə əsaslanır. Bu pəhriz çoxlu tərəvəz, meyvə, balıq,dəniz məhsulları və qoz-fındıq qəbulu ilə müşayiət olunur.

Qan analizləri göstərib ki, üçüncü qrup iştirakçılarında beyninsürətlənmiş qocalması ilə bağlı zülalların səviyyəsi azalıb.Tədqiqatçılar bu effekti yaşıl çay və mankayda mövcud olaniltihabəleyhinə birləşmələrlə izah edirlər. Onların fikrincə, bukimi məhsullar qoz-fındıq, zeytun yağı kimi faydalı yağlarla zənginqidaları tamamlayaraq beyin funksiyalarını dəstəkləyə, neyronlarınörtüyünü formalaşdırmağa və hüceyrələri oksidləşmədən qoruyabilər.

Məqalədə:
Seçilən
12
2
az.trend.az

3Mənbələr