AZ

Türkiyədə şagird avtobusunun uçurumdan aşması nəticəsində 5 nəfər yaralanıb

Türkiyənin Aydın bölgəsinin Sultanhisar rayonunda orta məktəb şagirdlərini daşıyan mikroavtobusun uçurumdan yuvarlanması nəticəsində dördü şagird olmaqla 5 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verir.

Atça Şehit Ufuk Demirkıran Peşə və Texniki Anadolu Liseyinin şagirdlərini daşıyan tələbə avtobusu Uzunlar məhəlləsi yaxınlığında dərəyə aşıb.

Sürücü və 4 şagird qəzada yaralanıb.

Təcili yardım maşını ilə Nazilli Dövlət Xəstəxanasına çatdırılan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

QAZİLER.AZ

 

Seçilən
11
qaziler.az

1Mənbələr