AZ

Tramp: “Rusiya təcavüzkardır”

AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Amerika lideri jurnalistlərlə söhbətində belə deyib.

“Bu həftə hər iki ölkədən 8 min əsgər ölüb. Rusiya tərəfində daha çox ölüb, ancaq siz təcavüzkar olanda daha çox itirirsiniz”,- ABŞ prezidenti vurğulayıb.

Xatırladaq ki, Ağ Evin rəhbəri əvvəllər belə ifadələr işlətməkdən çəkinib. Fevral ayında Tramp administrasiyası Rusiya və Şimali Koreyanın tərəfini tutaraq, BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməsini rədd etdi.

ABŞ G7-nin Rusiyanı “təcavüzkar” adlandırdığı bəyanatına da qarşı çıxdı. Aprel ayında isə Tramp“sizdən 20 dəfə böyük olan bir ölkəyə qarşı müharibəyə başlaya və sonra da kiminsə sizə raketlər verməsini gözləyə bilməzsiniz”bəyanatı ilə Kiyevi və onun müttəfiqlərini məyus etdi.

- Mən yeddi müharibəni dayandırdım və bunun mənim üçün asan olacağını düşündüm, amma bu asan deyil. Düşünürəm ki, hər şeyi deməliyəm. Zelenski və Putin bir-birinə nifrət edirlər. Bir-birlərinə o qədər nifrət edirlər ki, nəfəs də ala bilmirlər”,- jurnalistlərlə dünənki söhbətində Amerika lideri bildirib.

Bununla belə, “C-SPAN” telekorporasiyaının məlumatına görtə, Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin iştirakı ilə üçtərəfli danışıqların“nisbətən tezliklə” baş tutacağını istisna etməyib.

“Bilmirəm. Yəqin ki, nisbətən tezliklə. Biz görüş məsələsini bu və ya digər şəkildə həll edəcəyik, lakin nisbətən tezliklə”,- Amerikal lideri belə bir görüşün nə vaxt keçirilə biləcəyi barədə sualın cavabında deyib.

Tramp avropalılardan sərtlik tələb edir
Daha sərt ritorikaya baxmayaraq, Rusiya prezidenti danışıqlara getmir, ABŞ isə Moskvayaqarşı daha sərt sanksiyaların tətbiqi tələbləri ilə üzləşir.

Məhdudiyyətləri sərtləşdirəcəyini vəd edən Tramp, öz növbəsində, əvvəlcə Avropanın Rusiya neftini almağı dayandırması və öz sanksiyalarını sərtləşdirməsi şərtini qoyub:“Avropa ölkələri mənim dostumdur, amma yenə də Rusiyadan neft alırlar. Onların tətbiq etdiyi sanksiyalar kifayət qədər sərt deyil”.

Xatırladaq ki, Avropa İttifaqında (Aİ) Rusiya enerjidaşıyıcılarının ən böyük alıcıları kimi qalan Macarıstan və Slovakiya Avropa Komissiyasının (AK) bu problemi mərhələli şəkildə ləğv etmək planlarına qarşıdır. ABŞ-nin Energetika naziri Kris Rayt isə bəyan edib ki, Moskvanın müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün Vaşinqton“bütün Rusiya qazını sıxışdırıb çıxarmağa” çalışır.

Yeri gəlmişkən, bir həftə əvvəl Kris Rayt Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsində Avropa ölkələrinə özlərindən başlamağıtövsiyə edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
15
azvision.az

1Mənbələr