AZ

Livanda narkotik qaçaqmalçılığı ilə məğul olan böyük şəbəkə çökdürüldü

Livanda narkotik alveri ilə məşğul olan böyük bir şəbəkə ifşa edilərək çökdürülülb.

Bakıvaxtı.az “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, Livan Daxili İşlər Nazirliyi əməliyyat nəticəsində 6.5 milyon ədəd kaptaqon həbi və 720 kiloqramlıq həşiş ələ keçirilib.

    Məlumata görə, narkotik vasitələrin Səudiyyə ərəbistanına qaçaq yollarla aparılması planlaşdırılmış.

    “Bu şəbəkənin xariclə əlaqələri olub. Türkiyə və Avstraliyada olan şəxslərlə təmasda olublar” nazirlik bildirib.

    Qeyd edək ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanadan sonra kaptaqon həbləri Suriyanın ən böyük ixrac məhsulu olmağa başladı ki, bu da keçmiş prezident Bəşər Əsəd hökumətinin əsas gəlir mənbəyi hhesab olunurdu.

    Livanda Əsəd hökumətinin müttəfiqi olan Hizbullah da bu həblərin ticarətində ittiham olunur.

    Seçilən
    41
    4
    bakivaxti.az

    5Mənbələr