AZ

Sarayda keçilməz məktəb yolu: "Hərəkət mümkün deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonu, Saray qəsəbəsində 4 nömrəli tam orta məktəbin yolunun təmirsiz vəziyyəti valideynlərin haqlı narazılığına səbəb olub.
Oxu.Az-a müraciət edən valideyn bildirib ki, yeni tədris ilinin başlanmasına baxmayaraq, məktəbin yerləşdiyi küçə keçilməz vəziyyətdədir.
"İki gündür yağış da yağıb. Yolda hərəkət etmək mümkün deyil. Bu palçığın içində uşaqlar məktəbə necə gedib gələcəklər bilmirik. Axı belə məktəb yolu olmamalıdır", - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Abşeron Rayon İcra Hakimiyyətinin (RIH) Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli bildirib ki, Saray qəsəbəsində 4 nömrəli tam orta məktəbin tikintisinin yekunlaşdığı və açılışı ilə bağlı məlumat RİH-ə daxil olan kimi, lazımi tədbirlərin görülməsinə başlanılıb.
"Əvvəlcə yolun bərkidilməsi işləri görülüb. Son iki gün havaların yağmurlu keçməsi, işlərin davam etdirilməsinə imkan verməyib. Lakin dünənki tarixdən yenidən işlər bərpa olunub və küçənin asfaltlanmasına başlanılıb. Hazırda işlər davam etməkdədir", - deyə S.Qasımbəyli bildirib.
Əzizə İsmayılova
Seçilən
108
1
oxu.az

10Mənbələr