AZ

Polşa Ukrayna Silahlı Qüvvələrindən pilotsuz təyyarələrlə necə mübarizə aparmasını öyrənmək qərarına gəlib

Polşanın əks-dron qrupları gələcək hücumlardan qorunmaq üçün ukraynalı mütəxəssislər tərəfindən təlim keçəcək. Bunu “The Guardian”a Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

Nazir qeyd edib ki, Ukrayna Rusiya Silahlı Qüvvələrinə qarşı mübarizədə ən yaxşı texnikaya və müasir təcrübəyə malikdir.

Sikorski deyib: “Bu, Qərb ictimaiyyəti və hökumətlərinin təcili olaraq öz zehinlərində qavramalı olduğu bir şeydir... Rusiyaya qarşı mübarizə aparmağı bizə ukraynalılar öyrədəcək, əksinə deyil” dedi.

Diplomat əlavə edib ki, təlim Ukraynadan daha “təhlükəsiz” olan Polşadakı NATO təlim mərkəzində keçiriləcək.

Əziz MUSTAFA

Seçilən
18
1
oxumeni.az

2Mənbələr