AZ

Böyük Britaniyadan kritik qərar: İsrailli tələbələri qəbul etməyəcək

Ajans.az xəbər verir ki,bu qərar ilk dəfə olaraq rəsmi şəkildə ictimaiyyətə elan edilib. Böyük Britaniyanın Müdafiə Nazirliyindən “The Telegraph” qəzetinə verilən açıqlamada bildirilir ki, bu addım rəsmi Londonda narahatlıq doğuran Qəzza zolağında davam edən hərbi əməliyyatlara cavab olaraq atılıb. “Bizim hərbi təlim proqramlarımız beynəlxalq humanitar hüquqa əməl olunmasına önəm verir. Lakin İsrailin Qəzzada hərbi əməliyyatları genişləndirmək qərarı səhv addımdır. Bu müharibənin bitməsi üçün dərhal atəşkəs, əsirlərin azad edilməsi və Qəzzaya humanitar yardımların daxil olması ilə diplomatik prosesin başlanması vacibdir,” – deyə nazirlik rəsmisi qeyd edib. İsrail Müdafiə Nazirliyinin baş direktoru Əmir Baram Böyük Britaniyanın qərarını tənqid edərək onu “müharibədə müttəfiqə qarşı şərəfsiz vəfasızlıq” adlandırıb. O bildirib ki, bu addım Böyük Britaniyanın öz müdafiə və təhlükəsizlik maraqlarına ziddir. Baram həmçinin xatırladıb ki, o, məhz bu hərbi məktəbin məzunudur və Britaniya tərəfinin belə bir addım atması ikitərəfli münasibətlər üçün zərərli ola bilər. Qeyd edək ki, bu qərar Böyük Britaniya hökumətinin son aylar İsraillə bağlı qəbul etdiyi məhdudlaşdırıcı qərarların davamı kimi qiymətləndirilir. Daha əvvəl, rəsmi London İsrail nümayəndə heyətini bu ilin sentyabrında keçirilən Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisinə (DSEI 2025) də dəvət etməyəcəyini açıqlamışdı.

 

Seçilən
17
1
Ajans.az

2Mənbələr