ABŞ Prezidenti Donald Tramp Qətərə endirilən zərbələrlə bağlı İsrailə xəbərdarlıq edib.
Qətərin ABŞ-nin yaxşı tərəfdaşı olduğunu bildirən Tramp İsraili ehtiyatlı davranmağa çağırıb:
“İsrail və digərləri, biz ehtiyatlı olmalıyıq. İnsanlara hücum etdikdə, ehtiyatlı davranmalıyıq”.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohaya zərbə endirib. Hücumun hədəfi HƏMAS hərəkatının Dohada olan nümayəndələri olub. Nəticədə hərəkatın 5 üzvü, eləcə də Qətərin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb.