AZ

Musa Qurbanlı: "Benfika"ya qarşı matç bizim üçün yaxşı təcrübə olacaq"

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Sportal.az saytına açıqlama verib.

Ağdam klubunun forvardı Misli Premyer Liqasının 4-cü turunun “Zirə” ilə(1:1) görüşünü şərh edib:

"Zirə" güclü rəqibdir. Çempionatımızda iddialı komandalardan biridir. Onlara qarşı oyunlar hər zaman çətin keçir. “Zirə” bərk komandadır, yaxşı müdafiə olunurlar, keyfiyyətli oyunçuları var. Məncə, 1:1 oyuna görə oldu. Qol buraxanda həmişə daha çətin olur. Xüsusən də “Zirə” kimi rəqibə qarşı. Hansı ki, qol vurduqdan sonra daha möhkəm müdafiə olunurlar. Düşünürəm ki, komanda  yoldaşlarım əzmkarlıq göstərdilər və ən azından bir xal qoparda bildik. Olur da, bəzən elə oyunlar olur ki, qol vurmaq elə də asan olmur. Nə qədər hücum etsək də, “Zirə”nin də kifayət qədər təhlükəli epizodları oldu. Bizi əks-hücumlarda tuta bilərdilər".

Qurbanlı, “Qarabağ”ın Çempionlar Liqasının 1-ci turunun “Benfika”ya qarşı keçiriləcək matçından gözləntilərini də açıqlayıb. O, Portuqaliyada keçiriləcək görüşdə xal qazanmaq üçün döyüşəcəklərini deyib:

"Çempionlar Liqasında səviyyəni özünüz bilirsiz. Xüsusən də “Benfika” kimi komanda ilə səfərdə oynayacağıq. Təqvimdə ilk görüşümüzdür. Bizim üçün yaxşı təcrübə olacaq. İlk oyun olduğuna görə, tempi tutacağıq. Xal qazanmaq üçün döyüşəcəyik. Bu cür böyük oyunlardan əvvəl istər-istəməz xoş və yaxşı mənada həyəcan olur. Bu da normaldır".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr