AZ

Azərbaycanı dəstəkləmək, bir yumruq olmaq əzmindəyik - Türkiyə MN

Bakı. Trend:

Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının bolşevik-daşnakişğalından azad edilməsinin 107-ci ildönümü münasibətiləAzərbaycanı təbrik edib.

Trend xəbərverir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin sosialşəbəkə hesabında paylaşım edilib.

Paylaşımda Nuri Paşanın komandanlığı altında Qafqaz İslamOrdusunun göstərdiyi qəhrəmanlıq xüsusi vurğulanıb.

“Qafqaz İslam Ordusunun şəhid və qazilərinin xatirəsini dərinehtiramla yad edirik. Bu əlamətdar gündə Azərbaycandakıqardaşlarımızı ürəkdən təbrik edirik. Biz 107 il əvvəl olduğu kimibu gün də Azərbaycanı dəstəkləmək, qardaş Azərbaycan türkləri iləvahid bir ürək, bir yumruq olmaq əzmindəyik”, - paylaşımında qeydedilib.

Seçilən
45
3
az.trend.az

5Mənbələr