AZ

"Buna ər dayanar? Qırılmışlar, qalın evdə" - Nazilə Səfərli qızları qınadı

“30-35 yaşında göyçək, kukla kimi, yığma qızlar evdə qalıb. Soruşursan ki, ay bala, niyə ərə getmirsən? Deyir, Allah yaxşı ər qismət etməyib”.

Ölkə.Az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli deyib. O, qızların kişilərdən çox tələblərinin olduğunu deyərək, tənqid edib:

“Ay qadan alım, sən o boyda sonsuz gücə malik olan bir Allahdan bir ər istəyirsən. Ər ki əlinə keçir, ondan ev istəyirsən, maşın istəyirsən, qızıl, paltar istəyirsən, gündüz, gecə gəzmək, səyahət, uşaq doğmaq istəyirsən. Buna ər dayanar? Qırılmışlar, qalın evdə”, - deyə o söyləyib.
 

Seçilən
45
paralel.az

1Mənbələr