ABŞ Prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukraynaya qarşı müharibədə “təcavüzkar” adlandırıb.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Tramp jurnalistlərə bildirib ki, bu həftə hər iki tərəfdən 8 min əsgər ölüb:
“Rusiyadan daha çox itki var, çünki aqressor sizsinizsə, daha çox itki verirsiniz”.