AZ

Tarixçi-alim: Rəsulzadənin ifadəsi ilə desək, Bakının azadlığı "başla bədəni birləşdirdi"

"15 sentyabr tariximizin ən şərəfli günlərindən biridir".

Bunu "Sherg.az"a açıqlamasında tarixçi-alim Boran Əzizli deyib. 

Alim bildirib ki, məhz 1918-ci ilin sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını yadelli işğalçılardan azad edərək, ilk dəfə Bakını Cümhruiyyətimizin paytaxtına çevirdi: 

"Məhəmməd Əmin Rəsulzadənin ifadəsi ilə desək, "başla bədən birləşdi". Bu möhtəşəm qələbənin qazanılmasında şəhid olanların ruhları qarşısında baş əyir, əməyi olanların hər birinin əziz xatirəsini sonsuz minnətdarlıqla yad edirik. 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il anti-terror əməliyyatlarındakı böyük zəfərlər xalqımızın qüdrətini, qəhrəmanlığını göstərməklə yanaşı, dövlətimizin möhkəm təməllər üzərində qurulduğu üçün yaşam qabiliyyətinə malik olduğunu bir daha sübut etdi. Bayramımız mübarək!".
Seçilən
51
1
sherg.az

2Mənbələr