AZ

Xankəndidə Dəmir Yolu və Avtovağzal Kompleksi tikiləcək - RƏSMİ

"Bərdə-Ağdam dəmir yolu xətti layihəsi üzrə işlər, demək olar, yekunlaşıb. Artıq Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanılıb".

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Bu xəttin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işləri davam etdirilir. Layihələndirmə işləri bitdikdən sonra tikinti işlərinə, o cümlədən Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası işlərinə başlanılacaq. Həmçinin Əsgəran və Xocalı stansiyaları inşa olunacaq",-deyə məlumatda əlavə olunub.

Orxan Hüseyn

Seçilən
59
1
far.az

2Mənbələr