BAKI, 15 sentyabr. TELEQRAF
“Şimali Atlantika Alyansı faktiki olaraq Rusiyaya qarşı müharibədə iştirak edir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa xarici işlər naziri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibə aparmaması ilə bağlı sözlərini şərh edərkən deyib.
“NATO Rusiya ilə müharibədədir. Bu, göz qabağındadır və heç bir əlavə sübut tələb etmir”, - Peskov bildirib.
Onun sözlərinə görə, Ukraynaya birbaşa və dolayı dəstək verməklə NATO faktiki olaraq bu müharibədə iştirak edir.