Tatarıstanın hazırkı rəhbəri, “Yedinaya Rossiya” partiyasının namizədi Rustam Minniхanov seçkilərdə 88,09% səs toplayaraq qalib gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) yayıb.
100% protokolun işlənməsindən ikinci yerdə Hafiz Mirqəlimov (Rusiya Kommunist Partiyası – КПРФ) – 4,97%, üçüncü yerdə Ruslan Yusupov (LDPR) – 4,20%,dördüncü yerdə isə “Pensionerlər Partiyası”ndan Vitaliy Smirnov – 1,90% qərarlaşıb.
Tatarıstan MSK-sının “Telegram” kanalında qeyd olunub ki, ilkin məlumatlara görə, seçici fəallığı ümumi seçici sayının 77,01%-i təşkil edib.
Qeyd edək ki, region rəhbərinin seçkiləri 14 sentyabrda bir gün ərzində keçirilib.
Bizim.Media