Sualtı qayıqlarda süni intellektin istifadəsi ekipajın sağ qalma şansını 5% azalda bilər.
HİT.az xəbər verir ki, bBu barədə “South China Morning Post” (SCMP) qəzeti Çin Helikopter Tədqiqat və İnkişaf İnstitutunun baş mühəndisi Menq Haonun nəzarəti altında aparılan araşdırmaya istinadən məlumat yayıb.
Alimlər qabaqcıl sualtı qayıqlara qarşı müharibə (ASW) sistemini təhlil ediblər. Gözlənilir ki, texnologiya real vaxtda ağıllı qərar qəbulu sayəsində ən səssiz sualtı qayıqları belə təqib etməyə imkan verəcək. Tədqiqata görə, ASW-nin istifadəsi 20 sualtı qayıqdan yalnız birinin aşkarlanması və hücumu ilə nəticələnə bilər.
“Dünya gücləri süni intellektin hərbi tətbiqləri uğrunda yarışı gücləndirdikcə, tədqiqat göstərir ki, dəniz qarşısının alınmasının təməl daşı olan “gizli” sualtı qayıqlar dövrü sona çata bilər”, deyə məqalədə qeyd edilir.
Avqust ayında Defense One-ın baş redaktoru Nik Ueykman bildirmişdi ki, ABŞ Ordusu süni intellekt texnologiyasını hava əməliyyatları sistemlərində tətbiq etməyə çalışır. Onun sözlərinə görə, süni intellekt elektron müharibəyə davamlılığın artırılmasına, həmçinin pilotsuz təyyarələrin inteqrasiyasına və hava məkanına avtonom platformaların tətbiqinə kömək edə bilər.
Samir