AZ

Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəfinin vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş ediblər.
Onlar buna əsas olaraq məsələnin mediada işıqlandırılmasından zərəçəkənin ailəsinin narahat olduğunu bildiriblər.
Azər Maqsudov da vəsatətin təmin olunmasını xahiş edib. Bildirib ki, proseslərdə iştirak etməyən media nümayəndələrinin yanlış informasiya yayması narahatlığa səbəb olur.
Dövlət ittihamçısı vəsatətin təmin olunmasını istəyib.
Vəsatət təmin olunub və bundan sonrakı proseslərin tamamilə qapalı keçirilməsi qərara alınıb.
Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.

Seçilən
35
5
apa.az

6Mənbələr