AZ

KİV: Rusiya ABŞ və Avropa ilə ticarətdən milyardlar qazanır

Rusiya-Ukrayna müharibəsindən 3,5 il keçməsinə baxmayaraq, ABŞ və Avropa İttifaqı hələ də Rusiyadan milyardlarla dollar dəyərində enerji və digər mallar idxal etməyə davam edir. Bu mallar sırasına mayeləşdirilmiş təbii qaz, zənginləşdirilmiş uran və digər resurslar daxildir.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Eurostat-ın məlumatına görə, idxal və ixracla bağlı bir sıra məhdudiyyətlər tətbiq edildikdən sonra, 2022-ci ilin birinci rübündən 2025-ci ilin ikinci rübünə qədər Avropa İttifaqının Rusiyaya ixracı 61%, Rusiyadan idxalı isə 89% azalıb.

Buna baxmayaraq, Aİ hələ də Rusiya nefti, nikel, təbii qaz, gübrə, dəmir və poladını almaqda davam edir və onların ümumi ticarət dövriyyəsi 14,5 milyard avro təşkil edib.

2022-ci ilin yanvarından bəri ABŞ Rusiyadan ümumilikdə 24,5 milyard dollar dəyərində məhsul idxal edib.

Seçilən
3
1
apa.az

2Mənbələr