AZ

Nəsimi rayonunda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıblar

Bakı, 15 sentyabr, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək onun pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12 min 160 manatı ələ keçiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı M. Mehdiyeva, 22 yaşlı N. Rüstəmov və 20 yaşlı Ə. Məmmədov saxlanılıblar.

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşın bank kartından 600, eləcə də marketlərin birindən 450 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlı E.Pirməmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
26
19
azertag.az

10Mənbələr