AZ

DTA turizm şirkətləri üçün Gəncə və Göygölə infotur təşkil etdi – FOTO 

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakı və Gəncədə fəaliyyət göstərən turizm şirkətləri üçün Gəncə şəhəri və Göygöl rayonunda infotur keçirilib. Tədbirin məqsədi bölgədə fəaliyyət göstərən muzeylərin turizm potensialının tanıdılmasıdır.

İnfotur çərçivəsində iştirakçılar Gəncədə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər. Göygöl rayonunda isə axırıncı alman sakini Viktor Klaynın ev muzeyi, XIX əsr tarixi-memarlıq abidəsi, Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi və almanlar tərəfindən inşa olunmuş zirzəmi iştirakçıların diqqətinə təqdim edilib.

Tədbir zamanı turizm şirkətləri ilə bu məkanlara səfərlərin təşkili və turizm imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

DOĞRU.AZ

image-img-20250915-wa0197 image-img-20250915-wa0195 image-img-20250915-wa0196 image-img-20250915-wa0194 image-img-20250915-wa0198

Seçilən
3
9
dogru.az

10Mənbələr