“Italiana Petroli” şirkətinin təsisçi ailəsi neft emalı zavodunu Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üzrədir.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu razılaşma SOCAR-a İtaliyanın ən iri yanacaqdoldurma şəbəkələrindən birinə nəzarət imkanı verəcək.
Mənbələr sazişin maliyyə şərtləri barədə ətraflı məlumat verməyiblər.