BAKI, 15 sentyabr. TELEQRAF
2024-cü ildə Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda 652,3 min ton karbamid məhsulu istehsal edilib.
Teleqraf şirkətin ötən il üzrə hesabatına istinadən xəbər verir ki, istehsal olunmuş karbamid məhsulundan 633,1 min ton məhsulun satışı həyata keçirilib. Bunun 63,3 min tonu (10,0%) daxili bazarda satılıb, 569,8 min tonu (90%) isə ixrac edilib.
Məlumata görə, əsas ixrac istiqamətləri Rumıniya, Türkiyə, Ukrayna, Braziliya, İspaniya, İtaliya və Bolqarıstan ölkələri olub.