AZ

Bu ərazidə sahibsiz itlər evlərə də soxulur – Təhlükəli vəziyyət / VİDEO

15:17 15.09.2025
15:17 15.09.2025

20-ci sahə ərazisində sahibsiz küçə itlərinin sayı kəskin şəkildə çoxalıb.

Ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, son vaxtlar itlərin sayının artması həm uşaqların küçəyə tək çıxmasına, həm də böyüklərin gündəlik hərəkətilə təhlükə yaradır.

Sakinlər bildirirlər ki, hər gün artan sahibsiz itlərlə bağlı hələlik heç bir tədbir görülməyib.

Mövzu ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edilib.

İcra hakimiyyətində heç bir məlumat verilmir.


Seçilən
37
mynews.az

1Mənbələr