Müdafiə sənayesində geniş istifadə olunan germaniumun qiyməti Çinin ixrac məhdudiyyətləri səbəbindən son 14 ilin ən yüksək səviyyəsinə çatıb.
Doğru.az-ın məlumatına görə, Financial Times yazır ki, Çin müdafiə sənayesi üçün vacib olan bu metalın ixracına qoyduğu məhdudiyyətlər tədarük çatışmazlığı yaradıb.
Məqalədə qeyd olunur ki, germanium hərbi texnikada, o cümlədən döyüş təyyarələrində istifadə olunan termal görüntüləmə sistemlərinin istehsalı üçün vacibdir. Fastmarkets qiymət agentliyinin məlumatına görə, ötən çərşənbə günü 1 kq germaniumun qiyməti 5 min dollara çatıb, 2023-cü ilin əvvəlində isə 1 min dollardan bir qədər çox olub.
Bundan əvvəl “The Wall Street Journal” Çinin nadir torpaq metallarının Qərbin hərbi-sənaye kompleksinə ixracına məhdudiyyət qoyduğunu yazıb.
DOĞRU.AZ