AZ

Şimali koreyalı hakerlər Cənubi Koreyaya kiberhücum etdi

Şimali koreyalı hakerlər Cənubi Koreyaya kiberhücum etdi

Şimali Koreya ilə əlaqəli olduğu iddia edilən bir haker qrupunun aralarında müdafiə qurumunun da olduğu Cənubi Koreya təşkilatlarına süni intellektdən istifadə edərək kiberhücumlar təşkil etdiyi irəli sürülüb.

Yonhap agentliyinin Cənubi Koreyanın Genians Təhlükəsizlik Mərkəzinin (GSC) hesabatına istinadən verdiyi xəbərdə bildirilir ki, Şimali Koreya hökuməti tərəfindən dəstəkləndiyi deyilən Kimsuki adlı haker qrupu iyulda bəzi Cənubi Koreya qurumlarına kiberhücum edib.

Məlumata görə, hakerlər hərbi rəsmilərə kimlik sənədlərinin hazırlanması ilə bağlı yazışmalar formasında olan, lakin zərərli kod ehtiva edən elektron məktublar göndəriblər. Bu məktublarda istifadə edilən kimlik kartı şəkillərinin isə süni intellekt modeli tərəfindən yaradıldığı qeyd olunub.

Xəbərdə o da vurğulanır ki, süni intellekt platformaları hərbi kimlik kartlarının surətlərinin hazırlanması ilə bağlı sorğuları rədd etsə də, hakerlər bu məhdudiyyətləri aşa biliblər.

Bundan əlavə, Şimali Koreyanın mürəkkəb və zərərli fəaliyyətlər üçün süni intellekt xidmətlərindən sui-istifadə cəhdlərinin artdığı iddia edilir.

Seçilən
16
afn.az

1Mənbələr