Sentyabr ayının 15-də “Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirildi...
Poliqon xəbər verir ki,Lökbatan qəsəbəsi Elxan Həsənov adına 139 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov iştirak etdi.
Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Vətən müharibəsində şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara gələcək tədris illərində uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov sinif otaqlarına daxil olaraq yeni dərs ilinin başlanması münasibətilə şagirdləri təbrik etdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun bütün qəsəbələrində yerləşən məktəblərdə keçirilən “Bilik Günün”də iştirak etdilər.
Tədbirlərdə çıxış edən icra hakimiyyətinin əməkdaşları, şəhid valideynləri, müəllimlər, valideynlər qeyd etdilər ki, bu ilki Bilik günü xüsusi ruh yüksəkliyi ilə keçirilir. Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir. Qaradağ rayonu üzrə orta məktəbi 3 nəfər qızıl medala layiq görülməklə 2168 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1669 abituriyentin 60.03 faizi, yəni 1002 nəfəri tələbə adını qazandığı, onlardan 41 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırıldı.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.
Poliqon.info