AZ

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Polşa və Rumıniyada baş verən PUA insidentləri ilə əlaqədar Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO-dakı müttəfiqlərimizlə tam həmrəyliyini ifadə edir və bu məsuliyyətsiz hərəkətləri birmənalı şəkildə pisləyir".

Qeyd olunub ki, alyans Rusiyanın hərəkətlərinə ciddi yanaşır. "NATO müttəfiqlərimizlə birlikdə pilotsuz təyyarələri aşkar etmək və məhv etmək üçün vasitələr də daxil olmaqla, ən son texnologiyalardan istifadə etməklə şərq cinahda müdafiəmizi gücləndiririk", - Britaniya Xarici İşlər Nazirliyi əlavə edib.

Seçilən
32
2
ucnoqta.az

3Mənbələr