Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Londonda keçirilmiş DSEI-2025 sərgisində 36 fərqli məhsul qrupunda 60-a yaxın məhsulunu ziyarətçilərə təqdim edib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, 43 fərqli ölkədən 135 xarici şirkət, heyət və nümayəndəliklə potensial əməkdaşlıq görüşləri keçirilib və 3 fərqli ixrac müqaviləsi imzalanıb.
DSEI-2025-də şirkət tərəfindən sərgilənən məhsullar arasında avtomatlar, onlar üçün müxtəlif sursatlar, ağır silah sursatı növləri, demo ağır silahlar və raket sistemləri ön plana çıxır. Bundan əlavə, “chaff” və “flare” sursatları, müxtəlif tapşırıqlar üçün istifadə olunan tüstü qumbaraları, əks-tədbir məqsədli pirotexniki materiallar və KBRN (Kimyəvi, Bioloji, Radioaktiv, Nüvə) avadanlıqları da MKE stendində yer alıb.
DSEI-2025-də keçirilən görüşlərin nəticəsi olaraq, Polşa Hərbi Hava Qüvvələrinin FA-50GF “Fighting Eagle Block 10” yüngül döyüş təyyarələrində top silahlarında istifadə ediləcək MKE istehsalı 20 mm-lik sursatların Polşaya ixracını tənzimləyən müqavilə imzalanıb.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */